Berti Foqts millini “Sumqayıt Şəhər”lə görüşə çıxarır
06.12.2011 - 11:27
Berti Foqts millini “Sumqayıt Şəhər”lə görüşə çıxarır
Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi komanda Bakıda təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 1 matçda qüvvəsini sınayacaq. Yığmamız sabah Premyer Liqanın debütantı “Sumqayıt Şəhər”lə görüşəcək. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq oyun saat 15:00-da başlayacaq.