Cüneyt Biçər Azərbaycanda çalışan həmyerlisinin rekordunu yenilədi
06.12.2011 - 11:43
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Cüneyt Biçər Premyer Liqada yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı türkiyəli çalışdırıcı cari mövsümdə ən gənc baş məşqçi oldu.
Bu, cənub təmsilçisinin 49 yaşlı rumıniyalı baş məşqçisi Mirça Rednikin istefaya göndərilib, onun yerinə Biçərin təyin olunmasından sonra reallaşdı.
Bununla, 1975-ci il təvəllüdlü türkiyəli ölkəmizdə çalışan həmyerlisinin rekordunu yeniləmiş oldu. Belə ki, bunadək Premyer Liqamızda ən gənc baş məşqçi “Qəbələ”nin türkiyəli çalışdırıcısı Fatih Kavlak idi. Hazırda ölkəmizdə çalışan türkiyəli baş məşqçilər məhz Kavlakla Biçərdir.
Maraqlıdır ki, cari mövsümdə baş məşqçilərin yaşları ilə bağlı yerdəyişmələr məhz istefalardan sonra reallaşır və Biçər də bu ənənənin davamçısı oldu. Cari mövsümün startında ən gənc çalışdırıcı “Qarabağ”dan 39 yaşlı Qurban Qurbanov idi. “Kəpəz”də Mehman Allahverdiyevi Mirbağır İsayev, “Qəbələ”də ingilis Toni Adamsı Kavlak əvəzlədi. Yenilərin hər ikisi 1974-cü il təvəllüdlüdür və yeni rekordçular oldu. Sadəcə, Kavlak İsayevdən 3 ay kiçik olduğundan, ən gənc sayılırdı. Biçər 2009/10 mövsümünün sonuna yaxın “Bakı”nın “sükanı arxası”na gətiriləndə 35 yaşı vardı və onda da ən gənc çalışdırıcı kimi fərqlənirdi.
Qeyd edək ki, Elxan Abdullayev AZAL-dan istefa verəndən sonra baş məşqçi postu köməkçisi olmuş 59 yaşlı Rafiq Mirzəyevə tapşırıldı və bununla da o, Premyer Liqamızda ən yaşlı çalışdırıcı oldu.
Mehman SÜLEYMANOV

0
0