Ad və soyadını dəyişən futbolçu 200-ə “Neftçi”də çatdı
06.12.2011 - 12:21
Premyer Liqanın XV turunun “Simurq”la oyununda ölkə çempionatları tarixində 1000-ci qolunu vuran “Neftçi”nin düşərgəsində daha 2 yubiley qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Araz Abdullayevin hesabı açmaqla 1000-ci qolu vurması, digər 2 yubileyi kölgədə qoyub.
Bunlar futbolçularla bağlı göstəricilərdir. Komandanın kapitanı Rail Məlikov Premyer Liqada 200-cü oyununu keçirib. Azərbaycan çempionatlarında “Bakılı”, “Bakı” və “Neftçi”nin şərəfini qoruyan müdafiəçi əvvəllər daşıdığı Ramil Mirzəyev ad-soyadı və indiki ad-soyadı ilə üst-üstə 200 çempionat matçının iştirakçısı olub.
Bu matçlarda 2 qol vuran futbolçu təkcə “Neftçi”də 103 qarşılaşmanın iştirakçısı olaraq, 1 dəfə fərqlənib.
Digər yubiley isə “Turan”ın yetirməsi Cavid Hüseynovla bağlıdır. “İnter” və “Olimpik”də də oynamış yarımmüdafiəçi “ağ-qara” formada 50-ci çempionat matçını keçirib. O, bu görüşlərdə 3 qol vurub.
VÜQAR XEYRULLAYEV

0
0