“Məktub yazmalı idim ki, məni milliyə götürün?” - MÜSAHİBƏ
06.12.2011 - 12:59
Bu gün Bakıda seleksiya xarakterli təlim-məşq toplanışına başlayan Azərbaycan yığmasının mətbuat üçün açıq məşqi keçirilib. Liepayanın “Metallurq” klubunun formasını geyinən Vüqar Əsgərov ilk dəfə iştirakçısı olduğu toplanış zamanı apasport.az saytının suallarını cavablandırıb.
- Öncə özünüz və çıxış etdiyiniz klub haqda məlumat verərdiniz...
- 26 yaşım var. Liepaya “Metallurq”unda çıxış edirəm. Komandamız Latviyanın güclülər dəstəsində mübarizə aparır və Baltikyanı ölkələrin ən güclülərindən sayılır.
- Cari mövsümdə əsas heyətdə necə oyun keçirmisiniz?
- 10 matçda.
- Bəs neçə qol vurmusunuz?
- 5 qol vurmuşam.
- Hansı mövqedə çıxış edirsiniz?
- Hücumçuyam.
- Başqa klublarda oynamaq şansınız olub?
- Latviya çempionatının güclülər dəstəsində çıxış edən “Yelqava”, “Yurmala” kimi klublarda oynadım. Bu da təcrübə toplamaq üçün idi. İyulda “Metallurq”a döndüm və avqustun 1-də yeni müqavilə imzaladıq. Hazırda bu klubun futbolçusuyam.
- Bəs yığmamıza gəlişiniz necə alındı?
- AFFA rəsmisi Asim Xudiyev yayda Latviyaya gəlmişdi. Ona “Metallurq”da azərbaycanlı futbolçunun olduğunu dedilər. O, komandamızın “Dauqava” ilə görüşünü də izlədi. Həmin vaxt mən oynamırdım. Onunla müəyyən söhbətimiz oldu və haqqımda müəyyən bilgilər aldı. Sonra zəng gəldi və toplanışa qatıldım.
- Heç Azərbaycan yığmasında oynamaq haqda düşünmüsünüz?
- Yox. AFFA-ya məktub yazmalıydım ki, məni milliyə götürün?
- Yığmanın oyununu izləmisiniz?
- Azərbaycanın Türkiyə ilə oyununu izləmişdim. Komanda yaxşı təsir bağışlamışdı.
- Baş məşqçi Berti Foqtsla görüşmüsünüzmü və o, sizə nəsə deyib?
- Foqts burada hazırlıqda olduğumu və hər şeyin özümdən asılı olduğunu dedi. Baş məşqçi bildirdi ki, əgər özünü göstərə bilsən, millidə qalacaqsan.
- Neçə ildir Azərbaycandan çıxmısınız?
- Sumqayıtda anadan olsam da, Latviyada, valideynlərim isə Sumqayıtda yaşayır. Hazırda Liepayada tək yaşayıram.
- Yığmada əsas heyətə düşmək üçün hücumçular arasında rəqabət var. Özünüzü əsas heyətdə görürsünüzmü?
- Bu haqda bir söz deyə bilmərəm. Şansım 50-nin 50-yədir.
- Latviya ilə Azərbaycan çempionatını müqayisə edə bilərsinizmi?
- Burada legionerlər çoxdur. Latviyada 4 komanda çempionluq uğrunda mübarizə aparır. Burda isə iddialı komandaların sayı daha çoxdur.
- Azərbaycan klublarından birində oynamaq fikriniz varmı?
- Klubumla avqustun 1-də yeni müqavilə imzalamışam. Hələ bir il “Metallurq”un formasını geyinəcəm.
- Heç təklif almamısınız?
- Yayda belə bir variant var idi. Amma imtina etdim.

0
0