“O, peşəkar məşqçi kimi öz işini görürdü”
06.12.2011 - 13:36
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- Komandada son dəyişiklər haqda fikirlərinizi bilmək istərdik. Rumıniyalı baş məşqçi Mirça Redniklə vidalaşmaq hansı zərurətdən irəli gəldi?
- Bildiyiniz kimi, son 6 turda komandada uğursuz çıxış müşahidə olunur. XV turda “İnter”ə evdəki məğlubiyyət nə məşqçilər korpusunu, nə də rəhbərliyi qane edə bilərdi. Şərt bunda deyil. Komanda udar da, uduzar da, bu, normal haldır. Ancaq oynamayıb, qələbəyə can yandırmamaq... Bunlar da onu göstərirdi ki, problem var və onu aradan qaldırmaq lazımdır. Klub rəhbərliyi, baş məşqçi bir araya gəlib toplantı keçirdik. Qərara alındı ki, bu vəziyyətdən ən yaxşı çıxış yolu baş məşqçi ilə vidalaşmaqdır.
- Görüşdə hansısa narazılıq yaranmadı ki?
- Söhbət dostluq şəraitində, problemsiz keçdi. Qarşılıqlı razılıqla belə nəticəyə gəlindi ki, əməkdaşlığı dayandıraq. “Xəzər Lənkəran” iddialı klubdur, həmişə çempionluğa oynayır və bu yolda vaxt itirməyə ixtiyarı yoxdur. Son oyunlarda nə qədər mürəkkəb vəziyyət yaranmışdı və xal itkisi olmuşdu. Bildiyiniz kimi, komandamız çempionatda rəqiblərindən böyük xal fərqi ilə irəlidə idi. Ancaq öz səhvlərimiz nəticəsində bunu əldən verib, 3-cü pilləyə düşdük. Bu, o deməkdir ki, vəziyyətdən çıxış yolu üçün müəyyən addımlar atılmalı idi və biz də bunu etdik.
- Komanda uğursuz çıxış edəndə, baş məşqçinin ya futbolçularla, ya da rəhbərliklə problemi olur. Bu da birbaşa nəticəyə təsir göstərir...
- “Xəzər Lənkəran” rəhbərliyi hər bir məşqçinin arxasında durub, böyük dəstək verib. Onun işinə heç vaxt müdaxilə olmayıb. Yaradılan şəraiti, transferləri və digər məsələləri nəzərə alsaq, belə deyə bilərik. Digər məsələ isə futbolçularla baş məşqçi arasında münasibətdir və mən bu haqda heç nə deyə bilmərəm. Ancaq klubun futbolçu və məşqçilərlə heç bir problemi yoxdur.
- Olmazdı ki, 2011-ci ilin qalan 3 turunu Redniklə yola verib, qış fasiləsində baş məşqçi problemini həll edərdiniz?
- “Xəzər Lənkəran”ın bu vəziyyətin davamını gözləməyə haqqı yox idi. Rəhbərlik olaraq komandada olan durumu başqa yollarla dəyişməyə çalışdıq. Demək olar ki, noyabrı buna sərf etdik. Ancaq gördük ki, heç bir nəticəsi yoxdur. Məşqçilər korpusu ilə futbolçular arasında sıx bağlantı olanda, hər şey qaydasında olur. Ancaq əmələ gəlmədi.
- Ötən ayın əvvəlində “Neftçi”yə 0:5 hesablı məğlubiyyətdən sonra Rednikin istefası gözlənilirdi. Hesab etmirsiniz ki, həmin vaxt baş məşqçi dəyişikliyini reallaşdırmaq daha məqsədəuyğun olardı?
- Futbolda belə nəticələr olur. Baş məşqçini 1 məğlubiyyətə görə göndərmək düzgün deyil. Onu nəzərə almaq lazımdır ki, “Xəzər Lənkəran” həmin vaxt Rednikin rəhbərliyi altında lider, ən az uduzan komanda idi. Sadəcə, bundan sonra uğursuz oyunların davamı gəldi və bunun qarşısını almaq üçün baş məşqçi dəyişikliyinə qərar verdik.
- Qarşıda çətin oyunlarınız qalıb. Növbəti turda “Qarabağ”ı qəbul edəcəksiniz. Əsas rəqiblərinizdən “Bakı” ilə də ev oyununuz qalıb. “Kəpəz”lə səfər matçı da asan keçməyəcək. Yeni baş məşqçi ilə çətin olmayacaq ki? Komandanız gənc çalışdırıcı Cüneyt Biçərin rəhbərliyi altında uğurlu çıxış edə biləcəkmi?
- Klub prezidenti hazırda təyin etdiyi baş məşqçiyə böyük ümidlər bəsləyir. Biz də Cüneyt Biçərə çox inanırıq. Futbolçular, məşqçilər, rəhbərlik – hamımız əl-ələ verib, qalan oyunlarda maksimum qələbə qazanmalıyıq.
- Niyə məhz Biçərə üstünlük verdiniz? Baş məşqçi postuna başqa namizədlər yox idi? Kənardan seçim etməyə ehtiyac görmədiniz, yoxsa?
- Baş məşqçi postuna yetərincə seçim vardı: həm yerli, həm də əcnəbi. Sadəcə, klub prezidenti sonda məhz Biçərlə işləməyə üstünlük verdi. Onun gənc, perspektivli məşqçi olması, “Xəzər Lənkəran”da çalışdığı müddətdə uşaq futbolunun inkişafında gördüyü işlər, digər klubumuzda qazandığı uğurlar nəzərə alındı.
- Yeri gəlmişkən, Biçər 2009/10 mövsümündə “Bakı”nın çalışdırdığı zaman “Xəzər Lənkəran”ın əlindən titulları almışdı. Bu, sizdə qısqanclıq yaratmadı?
- Yox. O, peşəkar məşqçi kimi öz işini görürdü.
- Baş məşqçi postuna digər namizədlər kimlər idi?
- Ad deyə bilmərəm. Ancaq 3-4 ölkədən - Rusiya, Ukrayna, Türkiyədən, həmçinin Azərbaycandan baş məşqçi postuna namizədlər var idi.
- Yerlilərdən keçmiş baş məşqçiniz, “Xəzər Lənkəran”a bir çox uğurlar qazandırmış Ağasəlim Mircavadov idi?
- Mircavadovun namizədliyi yox idi. Ona çox böyük hörmətimiz var. Ancaq siyahıda gənc məşqçilərin adı yer almışdı.
- Yayda klubunuza gətirilən zaman Biçərin sonradan “Xəzər Lənkəran”ın baş məşqçisi təyin edilməyi planlaşdırılırdımı? Yəni o, ehtiyat variant kimi gələcəkdə faydalı ola bilərdi...
- Biçər gələndə baş məşqçi dəyişikliyi gündəmdə deyildi. Heç bir ay öncə də baş məşqçi dəyişikliyinə ehtiyac yox idi. Biçər “Xəzər Lənkəran”a uşaq futboluna koordinator kimi gəlmişdi.
- Biçərin köməkçiləri müəyyənləşibmi?
- Bunu artıq baş məşqçinin özü formalaşdıracaq.
- Biçərlə 1 illik müqavilə bağlanıb. Onunla əvvəl bağlanan anlaşma davam edəcək, yoxsa yeni müqavilə imzalanıb?
- Düzdür, Biçərlə 1 illik müqavilə vardı. Ancaq bu, yüksək liqanın baş məşqçisi kimi deyildi. Onunla buna uyğun 1 illik müqavilə imzalanıb.
- Yəni Biçər müvəqqəti, qış fasiləsində yeni baş məşqçi axtarılana kimi gətirilməyib?
- Xeyr. Cari mövsümdə onun qarşısında ən böyük hədəflər – çempionluğu, kuboku qazanmaq qoyulacaq.
- Cari mövsümdə ehtiyat oyunçu skamyasının qısa olmağı da komandanızın çıxışına təsir göstərib. Bu problemi aradan qaldırmaq, skamyanı uzatmaq üçün qış “transfer pəncərəsi”ndə çoxlu futbolçu alınmağı nəzərdə tutulub?
- Komandamıza əsasən yerli futbolçular cəlb olunacaq.
- Əvvəlki fasilələrdə olduğu kimi, böyük legioner axını gözlənilmir?
- Xeyr. Yetərincə legionerlərimiz var. Ola bilər ki, 1-2 mövqeyə legioner aldıq.
- Rednikin gətirdiyi rumın futbolçuların taleyi necə olacaq? Onlardan gedənlər olacaqmı?
- Yox. Hamısının müqaviləsi var və heç biri ilə yollarımızı ayırmağı planlaşdırmırıq.
Mehman SÜLEYMANOV

0
0