Kaxaber Sxadadzenin başını yaran şəxs polisə təhvil verildi
06.12.2011 - 13:55
Premyer Liqanın XV turunda “Xəzər Lənkəran”la oyunda “İnter” klubunun gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadzenin başını yaran şəxs müəyyənləşib. Bu barədə apasport.az saytına “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
O bildirib ki, tribunadan daş atan həmin şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib: “Mən ona azarkeş deməzdim. Azarkeş olan adam elə hərəkət etməz. O, tapılıb, müəyyənləşib və hüquq-mühafizə orqanlarına təqdim olunub. AFFA-nın İntizam Komitəsinin klubumuz haqda çıxarılacaq mümkün qərarı haqda hələ bir şey deyə bilmərəm. Əvvəldən şərh vermək istəmirəm. Mən özüm də həmin toplantıda iştirak edəcəyəm. Artıq orada qərar veriləcək və klub da buna uyğun hərəkət edəcək. İnanırıq ki, ədalətli qərar olacaq”.
Mehman SÜLEYMANOV

0
0