Yığmamızın futbolçusu ümidləri doğrultmur
06.12.2011 - 14:19
Azərbaycan yığmasının futbolçusu Amit Quluzadənin çıxış etdiyi Türkiyənin “Ərciyəsspor” klubunda göstərdiyi oyun müzakirə mövzusuna çevrilib. Apasport.az saytının məlumatına görə, qonşu ölkədən olan həmkarlarımız 19 yaşlı yarımmüdafiəçinin Bank Asiya I Liqada göstərdiyi oyundan məmnun deyil.
Lakin türk jurnalistlər futbolçumuzun artıracağına ümid edir. Bu, “Ərciyəsspor” haqda Türkiyə mətbuatında gedən son yazılardan birində də aşkar hiss olunur: “Amit Quluzadədən çox şey gözləyirdik. Amma həftələrlə start heyətdə şans qazanan yarımmüdafiəçinin təəssüf ki, heç bir faydası yoxdur. Ümid edirik ki, qış fasiləsindən sonra Amit düzələrək, komandaya xeyir verəcək”.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Quluzadə bu ilin yayında Türkiyəyə transfer olunub.

0
0