“Neftçi”nin məşqçisi 5 oyunluq cəza aldı
06.12.2011 - 16:41
“Neftçi”nin məşqçisi 5 oyunluq cəza aldı
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında XX Azərbaycan Kubokunun 1/8 final “Simurq” – “Neftçi” matçında baş verənlərlə bağlı qərarlar çıxarılıb. Apasport.az saytının məlumatına görə, həmin oyunda 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Neftçi” min manat cərimə olunub.

Matçın fasiləsində hakimləri təhqir edən “Neftçi”nin məşqçisi Bəxtiyar Musayev 5 oyunluq cəzalanıb, klub daha min manat cərimələnib.
83-cü dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Vasili Yanotovski (“Simurq”) 2 oyunluq cəzalanıb, komanda isə 2 min manat cəzalandırılıb.

Bundan 2 dəqiqə sonra “Simurq”un məşqçisi İqor Yuşenko hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub isə 5 min manat cərimə olunub.
Matçın 24, 30 və 85-ci dəqiqəsində yerli azarkeşlər, 45-ci dəqiqədə isə “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2 min manat cərimələnib.

Oyunda “Neftçi” klubunun azarkeşləri tərəfindən oturacaqlar sındırılıb. Bu səbəbdən “Neftçi” dəymiş zərərə uyğun “Simurq”un təqdim edəcəyi hesab əsasında ödəmə edəcək.