Flavinyo: Bundan sonra daha 10 il Azərbaycanda qala bilərəm
06.12.2011 - 17:25
“Neftçi”nin futbolçusu Flavio Aleks Valensio Flavinyo AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılmasına münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, braziliyalı yarımmüdafiəçi jurnalistlərə açıqlamasında Azərbaycan Kubokunun 1/8 finalında “Simurq”la oyun zamanı aldığı qırmızı vərəqəni haqsız sayıb: “Qərarla razı deyiləm. Rəqib futbolçu həmin epizodda məni 4 dəfə təhrik etdi, vurdu. Bu barədə yan xətt hakiminə də dedim. Ola bilsin, həmin anda əsəbi idim. Mən futbol oynamaq istəyirəm, amma qoymurlar. Fikrimcə, 1 oyun daha ədalətli olmalı idi. Ötən il mənim ayağım qırılmışdı. Amma mənə qarşı kobud oynayan futbolçuya heç sarı vərəqə də göstərilmədi. Mən yenə də yaxşı oynamağa davam edəcəyəm. Azərbaycanda isə bundan sonra daha 10 il qala bilərəm”.
0
0