“Neftçi”nin futbolçusu 2 min “itirdi”
06.12.2011 - 17:36
“Neftçi”nin futbolçusu 2 min “itirdi”
“Neftçi”nin ən güclü futbolçusu Flavinyo Azərbaycan kubokunun 1/4 final mərhələsində oynamayacaq. Apasport.az saytının məlumatına görə, buna AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərar səbəb olub.

1/8 finalın “Simurq”la oyununda rəqibə qarşı aşkar kobudluğa görə birbaşa qırmızı vərəqə alan braziliyalı 2 oyunluq cəza alıb. Bu isə o deməkdir ki, yarımmüdafiəçi yalnız yarımfinalda komandasına kömək edə biləcək. Bu da yalnız komandası mərhələ adlayacağı halda mümkün olacaq. O, həm də komandasını 2 min manat ziyana salıb.