Biçərin ilk qərarı
06.12.2011 - 21:16
Biçərin ilk qərarı
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Cüneyt Biçər ilk qərarını verib. Apasport.az saytının məlumatına görə, dünən klubla müqavilə bağlayan gənc mütəxəssis heyətlə bağlı islahatlara başlayıb.

O, son vaxtlar zəif çıxış etdiyi üçün Mirça Rednik tərəfindən əvəzedici heyətə göndərilən Emeka Oparanı geri qaytarıb. Təcrübəli forvard bu dəfə türk mütəxəssisin etimadını doğrultmağa çalışacaq.

Biçər eyni zamanda Julius Vobayı da əvəzedicilərdən qaytarıb. Amma bu legioner zəif oyununa görə deyil, zədədən sonra bərpa prosesi keçmək üçün əvəzedici heyətə göndərilmişdi.

Qeyd edək ki, Biçər dünən cənub klubu ilə yeni bir illik müqavilə bağlayıb.