Rednikin son seriyası
07.12.2011 - 11:04
“Xəzər Lənkəran”ın yollarını ayırdığı baş məşqçisi Mirça Rednik bu postda 56 oyun keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanı 47 çempionat, 2 avrokubok və 7 kubok matçına çıxaran çalışdırıcı aldığı 9-cu məğlubiyyətdən sonra postunu tərk etdi. Premyer Liqada 7 məğlubiyyət görən Rednik “Xəzər Lənkəran”la ölkə kubokunun son qalibi kimi vidalaşdı.
Ötən mövsümün gümüş mükafatçısı və kubokun qalibi olmuş mütəxəssis komandanın son 4 çempionat matçında qələbə qazanmaması üzündən postunu tərk edib. Bu, Rednikin komandaya rəhbərliyi dövründə 2-ci belə uğursuz seriyadır. Belə ki, 2010-cü ilin yayından “Xəzər Lənkəran”a rəhbərlik edən çalışdırıcı bu ilin əvvəlində daha uğursuz seriyaya imza atmışdı. 2010/11 mövsümünün altlığının ilk 5 oyununda qələbə qazanılmamışdı.
Bu 2 seriyadan başqa, “Xəzər Lənkəran” tarixində ən azı 4 oyun sürən daha 4 qələbəsiz seriya da var.
Mirça Rednikin “Xəzər Lənkəran” karyerası

| 2010-2011 | Çempionat | 22 | 14 | 5 | 3 | 28-12 | 47 | |
|---|---|---|---|---|---|---|---|---|
| I mərhələ | ||||||||
| Çempionat | 10 | 2 | 7 | 1 | 10-6 | 13 | II yer | |
| II mərhələ | ||||||||
| Kubok | 6 | 3 | 2 | 1 | 11-8 | 11 | KUBOK | |
| 2011/12 | Avropa Liqası | 2 | 0 | 1 | 1 | 1-3 | 1 | II təsnifat mərhələsi |
| Çempionat | 15 | 8 | 4 | 3 | 20-16 | 28 | ||
| Kubok | 1 | 1 | 0 | 0 | 3-0 | 3 | ||
| Cəmi | Çempionat | 47 | 24 | 16 | 7 | 58-34 | 88 | |
| Avropa Liqası | 2 | 0 | 1 | 1 | 1-3 | 1 | ||
| Kubok | 7 | 4 | 2 | 1 | 14-8 | 14 | ||
| yekun | 56 | 28 | 19 | 9 | 73-45 | 103 |
0
0