“O, adamın üzünə gülüb, arxadan zərbə vurur”
07.12.2011 - 11:43
Kosta-Rika yığmasının və “Bakı” klubunun hücumçusu Uinston Parksın apasport.az saytına müsahibəsi
- “Bakı”ya yayda keçsəniz də, qolları oktyabrdan vurmağa başladınız. Adaptasiya prosesinin uzun çəkməsi nə ilə bağlı idi?
- Bildiyiniz kimi, ölkənizdə ilk klubum “Xəzər Lənkəran” olub. Bu komandanın formasını geyinən zaman Lənkəranda yaşayırdım. İndi isə təkcə komandamı deyil, həm də yaşadığım məkanı dəyişmişəm. Əyalətdən sonra Bakıya uyğunlaşmağım da vacib idi. “Bakı”nın heyəti də yeni qurulub. Yeni baş məşqçi, komanda yoldaşları, fərqli taktika - bütün bunlar uyğunlaşma zamanı sözünü mütləq deməli idi.
- “Xəzər Lənkəran”da elə də məhsuldar oyun nümayiş etdirə bilmədiniz. Hər kəs sizdən daha çox qol vurmağı gözləyirdi. Bəs bu baxımdan “Bakı”da neçə olacaq?
- “Xəzər Lənkəran”ın forması ilə 8 qol vurdum. İndi fərqli komandadayam və başqa taktika ilə oynayırıq. Artıq “Bakı”ya uyğunlaşmışam və 6 qol vurmuşam. Bunun davamının gələcəyinə inanıram.
- Mövsümün əvvəlindən baş məşqçi Aleksandr Starkov Maris Verpakovski ilə sizin tandeminizi yaratmaq istəsə də, cütlük şəklində qeyri-məhsuldar oyunla yadda qaldınız. Latviyalı hücumçu zədələndirdən sonra, hücumda tək oynayırsınız. Necə düşünürsünüz, hazırkı situasiyanın xeyrinizə işlədiyini demək olarmı?
- Baş məşqçi müəyyən yerdəyişmələr etməklə, futbolçuların hansı mövqedə daha faydalı ola biləcəyini yoxlayır və sabit “11-lik” yaratmaq istəyir. Artıq gördü ki, hücumda tək daha yaxşı oynayıram və ona görə də bu seçimə üstünlük verdi.
- 2011-ci ilin son oyununda “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Keçmiş komandanızla duel sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
- “Xəzər Lənkəran” kimi güclü komandaya qarşı oynamaq çox çətin olacaq. Çünki onlar layiqli rəqibdirlər. İndiki halda, bizim məqsədimiz ilk “altılığ”a vəsiqə qazanmaqdır. Bunun öhdəsindən gəldikdən sonra mükafatlar uğrunda mübarizə aparacağıq. Amma yenə qeyd edirəm ki, çətin səfərlərimizdən biri olacaq.
- Lənkəranlı azarkeşlər sizi çox istəyirdilər. Bu dəfə isə onları məyus etməyə çalışacaqsınız. Hansısa neqativ halla üzləşəcəyinizdən çəkinmirsiniz?
- “Xəzər Lənkəran”da oynadığım vaxt nə yerli azarkeşlərlə, nə də klub rəhbərliyi ilə hansısa problemim olub. Sadəcə, bəzi insanlar vardı ki, onlarla işləmək istəmirdim. Onlar da başa düşürlər ki, futbolçu hansı komandanın formasını geyinirsə, onun uğurları üçün tər tökməlidir. Bu gün “Bakı” ilə müqaviləm var və bu klubun oyunçusuyam. Ona görə də, komandanın uğur qazanmasına çalışacağam.
- Sizin üçün “Xəzər Lənkəran”da arzuolunmaz şəxs Mirça Rednik idi. Rumın mütəxəssis artıq istefaya göndərilib…
- Əvvəla qeyd edim ki, Rednikə mütəxəssis kimi iradım yoxdur. Çox yaxşı taktika qurur, oyunu oxumağı bacarır, məşq keçir. Amma insan kimi müəyyən nöqsanları var idi. Onun problemi tək mənimlə deyildi. Elnurla, Kamranla, Vobayla, Opara ilə də müəyyən problemləri oldu. Kamrandan kapitanlıq sarğısını aldı, Vobayı əvəzedici komandaya göndərdi. Burdan aydın olur ki, problem məndən qaynaqlanmırdı.
- Rednik futbolçulardan nə tələb edirdi ki, bu da sonradan narazılığa gətirib çıxardı?
- Futbol həyat kimidir: yaxşı günlər də olur, pis anlar da. Rednik hamıdan maksimumu tələb edirdi. Məsələn, hücumçusansa, hər oyunda mütləq qol vurmalısan. Qapıçı heç vaxt top buraxmamalıdır. Müdafiəçi arxada səhvə yol verməməli, yarımmüdafiəçi məhsuldar ötürmə ilə yadda qalmalıdır. O, adamın üzünə gülür, amma arxadan zərbə vururdu. Bu da onun xarakterindəki ziddiyyətlə bağlı idi.
- “Bakı”nın qeyri-sabit çıxışı haqda nə deyə bilərsiniz?
- Komanda yayda yenidən formalaşdırıldı. Buna görə də uyğunlaşmaq üçün müəyyən zamana ehtiyac var idi. Vaxt gələcək, “Bakı” da sabit çıxış edəcək, qələbələri sıralayacaq. Bu cür situasiya təkcə “Bakı”nın başına gəlmir. Dünyanın ən yaxşı klublarından olan “Barselona”, “Real” da bu yolu keçib. Onların da “qara zolağa” düşdükləri vaxtlar olub. İndi “Bakı üçün vaxt lazımdır ki, hər şey öz yoluna düşsün.
- Təxminən il yarımdır Azərbaycandasınız. Əvvəlcə Lənkəranda, hazırda isə Bakıda yaşayırsınız. Ölkəmiz sizdə hansı təəssürat yaradıb?
- Hər zaman vətənə dönəndə Azərbaycan, paytaxt Bakı haqda xoş, maraqlı fikirlər söyləyirəm. Çünki il yarımdır burdayam, heç vaxt pislik görməmişəm. İstər Lənkəranda, istər Bakıda, istərsə də digər bölgələrdə futbol tədricən inkişaf edir. İnsanlarınız mehribandırlar.

0
0