Yığmamızın futbolçusu: Oynamaq istəyirəm
07.12.2011 - 12:59
Yığmamızın futbolçusu: Oynamaq istəyirəm
Azərbaycan yığmasının futbolçusu Rizvan Umarov Rusiyanın “Zenit” klubundan ayrılmağının səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, milliləşən legionerimiz vətəni Rusiyanı oynamaq arzusu ilə tərk edib.

İspaniyanın “Deportivo” (Kastellon) klubunda çıxış edən Umarov “Zenit” kimi adlı-sanlı klubda heyətə düşməyinin mümkünsüzlüyündən xaricə üz tutub: “Mən gəncəm və oynamaq istəyirəm. “Zenit” kimi böyük klubda məşq edib, oyunlar zamanı ehtiyatda qalmaq məni qane etmirdi. Bu üzdən də İspaniyaya yollandım ki, daha çox oynayıb artıra bilim”.

Qeyd edək ki, Umarov həm hələ debüt etmədiyi əsas, həm də aşağı yaş qruplarından olan yığmalarımızın şərəfini qoruyur.