Millimiz rusiyalıları darmadağın etdi
07.12.2011 - 14:19
Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi “Norilski Nikel” klubu ilə yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, rəqiblər arasında 2-ci görüşdə yığmamız 7:2 hesabı ilə qalib gəlib. Rusiyalıların darmadağınında Vitali Borisov, Serjao və Jadder dubl edib. 1 dəfə isə Rüfət Balakişiyev fərqlənib.
Qeyd edək ki, komandalar arasında ilk oyunda rusiyalılar qalib gəlmişdi – 6:4.
Mənbə: affa.az
Qeyd edək ki, komandalar arasında ilk oyunda rusiyalılar qalib gəlmişdi – 6:4.
Mənbə: affa.az
0
0