“Qarabağ” bəyanat yayıb, “Xəzər Lənkəran”ın müdafiəsinə qalxdı
07.12.2011 - 14:35
“Xəzər Lənkəran” klubunun AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılaraq, növbəti 2 oyunu azarkeşsiz keçirməsinə rəqibləri də biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, dekabrın 10-da Premyer Liqanın XVI turunda “ağ-yaşıllar”ın qonağı olacaq “Qarabağ” klubun rəsmi saytı vasitəsilə bəyanat yayıb.
Bildirilir ki, Ağdam təmsilçisi “Xəzər Lənkəran”la matçın azarkeşlərlə keçirilməsinin tərəfdarıdır: “Azərbaycanda ən maraqlı futbol derbilərindən biri məlum səbəblər üzündən azarkeşsiz keçiriləcək. “Qarabağ” baş vermiş hadisənin səbəbkarını qınamaqla yanaşı, baş vermiş hadisədən təəssüfləndiyini bildirir. Futbolun gözəlliyinin dolu tribunaların olduğu nəzərə alaraq, daim stadionda komandalarını dəstəkləməklə xüsusi azarkeş statusu formalaşdırmış “Xəzər Lənkəran” camiəsinin belə vacib oyunu izləməməsi futbol marağı baxımından məyusluq yaradır. Rəqib meydanında azarkeşsiz oynamaq bir üstünlük olsa da, “Qarabağ”ın “Xəzər Lənkəran” camiəsi tərəfindən daim həssaslıqla qarşılanmasını, qonaqpərvərliyini və azarkeşli futbolun daha gözəl olduğunu nəzərə alaraq, “Xəzər Lənkəran” – “Qarabağ” matçında tamaşaçıların stadionda komandalarını dəstəkləməsinə etiraz etmədiyini bəyan edir”.
Qeyd edək ki, “Xəzər Lənkəran” 2 oyunu azarkeşsiz keçirməlidir.

0
0