TFF-nin sabiq prezidenti 3-cü mərtəbədən yerə düşdü
07.12.2011 - 16:35
TFF-nin sabiq prezidenti 3-cü mərtəbədən yerə düşdü
Türkiyə Futbol Federasiyasının (TFF) sabiq prezidenti Haluk Ulusoy bədbəxt hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Basın İlan Kurumunu ziyarətə gələn Ulusoy, oğlu Saffet və gəldikləri məkanın baş direktoru Mehmet Atalayın içində olduğu lift qırılaraq, 3-cü mərtəbədən yerə düşüb. Xəsarət alanlar dərhal təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Ata Ulusoyun vəziyyətinin yaxşıdırsa, oğlu dərhal əməliyyata aparılıb. Atalayın isə topuğunda çatlar yaranıb.