Ruslan Abışov: Daha bir addım atacağıq
07.12.2011 - 16:44
Ruslan Abışov: Daha bir addım atacağıq
“Düşünürəm ki, AZAL-la qarşılaşma çempionatda ən çətin oyunlarımızdan biri olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Ruslan Abışov deyib.

Gənc müdafiəçi Premyer Liqanın XVI turunun AZAL-la qarşılaşması haqda fikirlərini açıqlayıb: “Çünki ilk dövrədə səfərdə AZAL-a 1:3 hesabı ilə məğlub olmuşduq. Həmin oyunda bəxtimiz də gətirməmişdi. Çalışacağıq ki, dekabrın 11-də məğlubiyyətin əvəzini çıxaq. İnşallah, qələbə qazanaraq, çempionluq yolunda daha bir addım atacağıq".