“Bəlkə bu, bir təsadüfdür?”
07.12.2011 - 17:39
“Komandamızın öz meydanında uğursuz çıxışını konkret nə iləsə bağlamaq düzgün olmazdı. Bəlkə də bu, bir təsadüfdür? Ancaq fakt odur ki, evdə hələ qalib gələ bilməmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Komanda debüt mövsümünü keçirdiyi Premyer Liqada səfərdə çox yaxşı təsir bağışlasa da, evdə hələlik qələbə üzünə həsrət qalıb. Hətta “Rəvan”a ev oyunlarını keçirdiyi “Dalğa Arena”nın düşərli olmayıb, stadionu dəyişmək haqda fikirlər səslənsə də, Şirəliyev bununla razılaşmır: “Məsələyə bu cür yanaşmaq düzgün olmazdı. Vəziyyətdən çıxış yolunu daha çox komandada axtarmaq lazımdır, nəinki stadionda. “Dalğa Arena” tələblərimizə cavab verir və ondan imtina etmək fikrində deyilik”.
Debütant mövsümün əvvəlində rəqiblərini “Şəfa” stadionunda qəbul etməyi planlaşdırsa da, sonradan “Dalğa Arena”ya üstünlük verdi. Vitse-prezident bunu yeni açılan arenadan şəraitin daha yaxşı olmağı ilə əlaqələndirdi: “Həmin vaxt “Dalğa Arena”nı ehtiyat meydança kimi göstərmişdik. Sonradan qərara gəldik ki, elə bu stadion əsas meydançamız olsun. Orda şərait yaxşıdır, meydança düzdür. Stadionumuzu dəyişib, ehtiyat meydançamız olan “Şəfa”da rəqiblərimizi qəbul etməyi düşünmürük. Komandanın evdəki çıxışını artıq məşqçilərimiz araşdırıb, səbəbini müəyyənləşdirməlidir. Səhvlər olub ki, nəticədə qapımıza qollar vurulub”.
“Rəvan” baş məşqçisi postuna qaytardığı Vladislav Qədirovun rəhbərliyi altında uğurlu çıxış edərək, 6-cı pilləyə kimi yüksəldi. Ancaq ötən həftə komanda 2 dəfə uduzdu. Bu, əvvəlcə ölkə kubokunda səfərdə “Bakı” ilə oyun sonrası penaltilərdə, ardından evdə Premyer Liqada “Kəpəz”ə məğlubiyyət oldu. Şirəliyev narahatçılığa əsas görmür: “İnanmıram ki, komandamız yenidən “qara zolağ”a düşsün. “Altılığ”a düşməyə yaxşı şansımız var. Bunun üçün qalan oyunlara ciddi hazırlaşıb, uğurlu çıxış etməliyik. Təbii ki, xal ehtiyatımızı artırmaq üçün ev oyunlarından maksimum istifadə etməliyik. İnşallah, öz meydanımızda uğursuzluğa növbəti turda son qoymağa, “Bakı” ilə oyunda evdə ilk qələbəmizi qazanmağa çalışacağıq”.
Qeyd edək ki, “Rəvan” – “Bakı” oyunu dekabrın 10-da keçiriləcək.
Mehman SÜLEYMANOV

0
0