Rafael Əmirbəyov vida oyununda 2 dəfə fərqləndi
07.12.2011 - 18:13
Bu gün “Bakı”nın sabiq kapitanı Rafael Əmirbəyovun vida oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Bakı”nın təlim-məşq bazasının stadionunda keçirilən matçda meydan sahibləri ilə simvolik Azərbaycan yığması görüşüb. Burada Rafaellə vaxtilə “Bakı”da və milli komandamızda bir yerdə oynadığı futbolçular yer alıb.
Şou xarakterli görüş 3:3 hesablı bərabərliklə nəticələnib. 35 yaşlı Əmirbəyov ilk hissədə yığmanın, fasilədən sonra “Bakı”nın kapitanı kimi meydana çıxıb. Mərkəz müdafiəçisi hər 2 komandanın heyətində 1 qol vurub. Digər qolların müəllifləri “Bakı”dan yarımmüdafiəçilər Rəhman Musayevlə braziliyalı Junior Vilson, yığmadan hücumçular Paşa Əliyev və Samir Musayev olub. Oyundan sonra səbəbkar “Bakı”, AFFA və Peşəkar Futbol Liqasının rəsmiləri adından təbriklər və hədiyyələr qəbul edib. Rafaelə məşqçilik karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, mövsümlərarası fasilədə yaşıl meydanda çıxışını bitirən Əmirbəyov “Bakı”nın heyətində ən çox oyun keçirən futbolçu, komandanı meydana kapitan kimi çıxaran rekordçudur. Onun bakılıların titullarında - 2 ölkə çempionluğu və 2 kuboku qazanmağında böyük rolu olub.

0
0