Yığmamızın oyunçusu mövsümü bitirdi
07.12.2011 - 19:00
Yığmamızın oyunçusu mövsümü bitirdi
Azərbaycan millisinin üzvü Biro Jade 2011/12 mövsümünü bitirib. Apasport.az saytının məlumatına görə, ciddi zədə alan milliləşən braziliyalımız ən yaxşı halda yayda meydana dönə biləcək.

Ukraynanın “Uraqan” klubunda çıxış edən futzalçımızın durumunun belə ağır olmasını komandanın baş məşqçisi Sergey Qupalenkop açıqlayıb: “Biro Jadenin xaçvari bağları qırılıb. O, artıq əməliyyat da olunub. Etiraf edim ki, onun sıraya tez dönəcəyini gözləyirdim. Ümid edirdim ki, legionerimiz cari mövsümdə çempionluq titulumuzu qorumağa kömək edəcək. Lakin indi görürəm ki, braziliyalı üçün mövsüm bitib. Onun yoxluğu dəhşətli dərəcədə hiss olunur. Bu çox acınacaqlı haldır”.

Qeyd edək ki, yığmamız bu ay DÇ-2014-ün seçmə, gələn ilin fevralında isə AÇ-2012-nin final mərhələsində millimizə də kömək edə bilməyəcək.