“Turan” stadion problemini həll etdi
08.12.2011 - 00:04
“Turan” rəhbərliyi stadion problemini həll edib. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi qərb bölgəsini tərk etməyəcək.
Belə ki, “Turan” – “Qarabağ” matçının ardından hakimlərin vəhşicəsinə döyülməsi faktından sonra AFFA-nın İntizam Komitəsi Tovuz şəhər stadionunu iki oyunluq cərimələyib. Bu isə o deməkdir ki, “Turan” qarşıdakı 2 ev oyununu neytral meydanda keçirməlidir.
Artıq klub rəhbərliyi bunun üçün tədbir görüb. Belə ki, Tovuz təmsilçisi artıq Gəncə stadionundan müvəqqəti istifadə ilə bağlı müəyyən işlər görüb. Xəbər Tovuz klubundan da təsdiqlənib.
Qeyd edək ki, çempionatın aşkar autsayderi “Turan” hesabat turunda səfərdə “Simurq”un qonağı olacaq. Ardından “Turan” evdə Qəbələ ilə oynayacaq.

0
0