“Azərbaycanda yığma səviyyəsində qapıçı yoxdur”
08.12.2011 - 00:07
“Kamran Ağayevin üzərinə çox düşdülər. Ona qarşı yersiz ittihamlar oldu. Kamranın nə hisslər keçirdiyini məndən başqa heç kim bilə bilməz. Çünki mən də onun kimi qapıda durmuşam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq qapıçısı, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov deyib.
Futbolçu karyerasını bitirdikdən sonra şərhçiliklə məşğul olan İsmayılov hazırda da futbol çempionatını izləyir.
O bildirib ki, hazırda Azərbaycanda yığma səviyyəsində qapıçı yoxdur: “Mən Azərbaycanda səviyyəli qapıçı görmürəm. Azərbaycanda hazırkı vəziyyətdə milli komandanın qapısını qoruyacaq səviyyədə bir şəxs yoxdur. Bir komandadakı əsas qapıçı da, əvəz edilən də legionerdirsə, ondan nə gözləyirsiniz? Ərəblər, yalnız 2-3 legionerə icazə verirlər. Azərbaycanda legioner limiti mütləq aşağı salınmalıdır. Yalnız 3-4 legionerlə hər şeyi həll etmək mümkündür. Elə bir futbolçu lazımdır ki, bizim cavanları öz arxasınca apara bilsin. Azərbaycanda elə klub var ki, start heyətində 11 futbolçu çıxış edir, bu komandanın tərkibində 15 legioner var. Nə dərəcədə düzgün yanaşma, strategiyadır? Gələnlərin oyun səviyyəsi ilə bizimkilər arasında yer-göy qədər fərq yoxdur”.

0
0