“Cavadovun “Tvente”də oynaya bilməməyinin əsl səbəbini 3 nəfər bilir”
09.12.2011 - 00:06
“Azərbaycan futbolçularının xaricdə oynaya bilməməyinin bir neçə səbəbi var”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis yığmamızın sabiq futbolçusu Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubundakı uğursuz karyerasının qaranlıq tərəflərini bildiyini açıqlasa da, bu sirri açmayıb: “Azərbaycanda futbolçular çox pul qazanırlar. Onlar Avropaya gedəndə, ilk vaxtlar burdakı qədər qazanmayacaqlar. Misal çəkə bilərəm: Vaqif Cavadov və “Tvente”. Vaqifin orda oynaya bilməməyinin əsl səbəbini 3 nəfər bilir: mən, Stiv Maklaren və Vaqif. Maklaren “Volfsburq”da çalışanda onunla görüşüb, Vaqifin Hollandiyada oynaya niyə bilməməyi ilə maraqlandım. Səbəb nə havadır, nə su, nə də qidalanma. Saşa Yunisoğlu niyə Polşada oynaya bilmədi?”

0
0