Abdullayev “Neftçi”ni xilas etdi
10.12.2011 - 16:36
Abdullayev “Neftçi”ni xilas etdi
Əvəzedici heyətlərin Azərbaycan çempionatında XVI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın lideri “Neftçi” xal itkisinə üzülüb. “Ağ-qaralar” məğlubiyyətdən Elşən Abdullayevin qolu sayəsində qaçıb. “Neftçi”nin qapısına qolu isə AZAL-ın cəzalı olduğu üçün əvəzedici komandaya yollanan futbolçusu Tərlan Xəlilov vurub. Liderin izləyicisi “Qəbələ” isə əzmkar qələbə qazanmaqla fərqi 3 xala endirib.

“Sumqayıt Şəhər” - “Kəpəz” - 1:1
Slavik Alxasov, 49 - Yasin Yaqbzadə, 90+3

“Qəbələ” - “İnter” - 2:1
Murad Hüseynov, 56; Amil Yunanov, 90+1 - Xəyal Quliyev, 40

“Neftçi” – AZAL - 1:1
Elşən Abdullayev, 70 - Tərlan Xəlilov, 25 (p.)

 Komanda O Q H M Qollar Xallar
1 "Neftçi" 16 10 4 2 38-21 34
2 "Qəbələ" 16 9 4 3 22-16 31
3 AZAL 16 8 3 5 29-18 27
4 "İnter" 16 8 2 6 21-15 26
5 "Kəpəz" 16 6 5 5 23-20 23
6 "Bakı" 16 6 2 8 32-30 20
7 "Simurq" 16 5 5 6 21-30 20
8 "Turan" 16 5 4 7 22-28 19
9 "Sumqayıt Şəhər" 16 5 4 7 24-27 19
10 "Qarabağ" 16 5 3 8 21-27 18
11 "Xəzər Lənkəran" 16 4 3 9 18-28 15
12 "Rəvan" 16 3 5 8 18-29 14