PFL-in prezidenti federasiyanın başına keçdi
11.12.2011 - 12:08
Portuqaliya Futbol Federasiyasına prezident seçkiləri keçirilib. Apasport.az saytının məlumatına görə, Portuqaliya Peşəkar Futbol Liqasının (PFL) prezidenti Fernandu Qomeş seçkilərdə qalib gəlib. O, yeni ildən yeni vəzifəsində çalışmağa başlayacaq.
Jilberto Madaili əvəz edəcək Qomeş əvvəlki postundan istefa verməlidir. PFL prezidenti bu seçkilərdə yeganə rəqibi Karlos Martanı arxada qoyub. Maraqlıdır ki, indiki prezident Madail namizədliyini irəli sürməmişdi.
59 yaşlı Qomeş əvvəllər “Porto” klubun vitse-prezidenti və məşhur basketbolçusu olub.
Qeyd edək ki, Portuqaliya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibidir.

0
0