DÇ-nin yarımfinalçısı müəyyənləşdi
11.12.2011 - 13:40
DÇ-nin yarımfinalçısı müəyyənləşdi
Yaponiyanın Toyota şəhərində klublararası dünya çempionatının 1/4 final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, İspaniya “Barselona”sının yarımfinaldakı rəqibinin müəyyənləşdiyi matçda Afrika və Asiya təmsilçiləri üz-üzə gəliblər. Qətərin “Əl-Sədd” komandası qələbə qazanmaqla növbəti mərhələyə adlayıb.
“Esperans Sportiv" (Tunis) - "Əl-Sədd" (Qətər) - 1:2
Darraqi, 60 - Xalfan, 33, Koni, 49
“Barselona” – “Əl-Sədd” oyunu dekabrın 15-də keçiriləcək.