Böyükağa Hacıyev: Biz nə sola baxırıq, nə sağa, nə də arxaya
11.12.2011 - 17:16
Böyükağa Hacıyev: Biz nə sola baxırıq, nə sağa, nə də arxaya
“Oyundan qabaq AZAL-dan ehtiyat edirdik. Çünki, bu komanda son vaxtlar uğurlu nəticələr qazanırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, Premyer Liqanın XVI turunun AZAL-la oyunundakı 7:1 hesablı darmadağın haqda fikirlərini açıqlayıb: “ Amma bütün gücümüzü meydanda qoyduq və layiqli qələbə qazandıq. Bu gün göstərdik ki, "Neftçi" öz oyununu oynayır. Bizim əsas silahımız hücumdur. Biz nə sola baxırıq, nə sağa, nə də arxaya. Öz yolumuzu gedirik. Komandamız AZAL, “Xəzər Lənkəran”, “Simurq” üzərində böyükhesablı qələbələr qazanıb. Hesab edirəm ki, bu heyətin yerli çempionatda oynamağa gücü çatar. Amma əgər Avropada da uğurlu nəticələr əldə etmək istəyiriksə, o zaman 2-3 yeni futbolçu lazımdır”.