“Bəlkə də gəncəli olduğumdan, məni oynatmırdılar”
12.12.2011 - 18:00
“Kəpəz” üzərində qələbə qazanacağımızı gözləyirdik, ancaq belə böyük hesabla yox. Oyundan öncə 1 xalı da yaxşı nəticə sayırdıq. Çünki elə vəziyyətdəyik ki, bizim üçün hər xal qızıla bərabərdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Sumqayıt Şəhər”in futbolçusu Mahmud Qurbanov deyib.
Premyer Liqanın debütantı üçün son tur uğurlu alındı. Belə ki, sumqayıtlılar ən titullu klublarımızdan olan “Kəpəz”i böyük hesabla məğlub etdilər – 4:1. Bu, həm də debütantın milli çempionatda ilk böyük hesablı qələbəsi kimi tarixə düşdü.
Elə Mahmud də hesabda geri düşmələrinə baxmayaraq, göstərdikləri əzmkarlığı xüsusilə qeyd edir. Ölkəmizin ən titullu futbolçusu belə qələbəni çoxdan gözləyirmiş: “Hesabda 0:1 geri düşsək də, xarakter göstərdik. Nəticədə 4 qol vurub, böyük hesabla qalib gəldik. Buna nail olmağımız sevindirici haldır. Açığı, belə qələbə üçün darıxmışdım. Çünki ardıcıl məğlubiyyətlər futbolçuya pis təsir edir. Ancaq bu cür qələbə qazanmaq adama xoş təsir edir, həddən artıq ruh yüksəkliyi yaradır. Özünü qalib futbolçu kimi hiss edirsən, özünəinamın artır”.
Sumqayıtlıların ilk böyük hesablı qələbəsini məhz “Kəpəz” üzərində qazandığı Mahmudun özü üçün adi uğur deyil. Axı 38 yaşlı yarımmüdafiəçi məhz “Kəpəz”in yetirməsidir, karyerasında uğurlarının çoxunu məhz ilk klubunda qazanıb: “Mən həmişə demişəm və deyəcəyəm ki, “Kəpəz” mənim üçün sevimli komandadır. Ancaq bu gün “Sumqayıt Şəhər”in futbolçusu olduğumdan, onun uğurları üçün çalışıram və rəqib üzərində qələbə üçün əlimdən gələni etdim. Mən bunu edəcəyimi hələ oyundan əvvəl demişdim. İdmanın öz prinsipləri var və gəncəli azarkeşlər məni başa düşərlər. “Kəpəz”in futbolçuları ilə meydanda rəqibik, 90 dəqiqədən sonra isə onlar yenə mənim üçün əzizdirlər”.
Maraqlıdır, cari çempionatımızın ən təcrübəli futbolçusu üçün oyun prinsipial xarakter daşıyıbmı? “Mənim üçün karyeramda hər bir oyun prinsipialdır. Rəqibin kimliyi mənim üçün fərq etmir. Hər bir komanda ilə oyuna prinsipial yanaşıram. Təbii ki, “Sumqayıt Şəhər”in futbolçusu kimi “Kəpəz” üzərində qələbəyə görə sevindim. İnşallah, bu uğurun davamını gözləyirik. Artıq turnir cədvəlində son pilləsində deyilik və son nəticəmiz komandamızın əsasını təşkil edən gənc futbolçularımıza növbəti qələbə üçün təkan verəcək”.
Mahmudun uzun fasilədən sonra Gəncə təmsilçisinə qarşı oynamağı maraqlı məqamdır. Hər halda, “Professor” ləqəbli futbolçu ilk dövrədə doğma şəhərində 1:1 hesabı ilə nəticələnən matçı sonadək ehtiyat oyunçular skamyasından izləmişdi. Sumqayıtdakı matçda da əsas heyətdə kənarda qalan yarımmüdafiəçini almaniyalı baş məşqçisi Bernard Raab 38-ci dəqiqədə meydana buraxdı: “Doğrudan da son 2 ildə “Kəpəz”ə qarşı oynamamışdım, ilk dəfədir çıxış etdim. Bu müddətdə niyə kənarda qaldığımı dəqiq deyə bilmərəm. Bəlkə də gəncəli olduğumdan, məni oynatmırdılar. Mən həmişə istənilən komandaya qarşı oynamaq istəyirəm. “Kəpəz” də bu rəqiblər sırasındandır. Sadəcə, baş məşqçi belə qərar verir və bu dəfə məni sonradan buraxdı. Futbolçunun keçmiş komandasına qarşı oynamağı normal şeydir. Onda belə çıxır ki, mən əvvəl oynadığım komandalara qarşı forma geyinməyim?”
Karyerası ərzində meydandan qovulmayan, sarı vərəqəni isə nadir hallarda alan Qurbanovun “Kəpəz”lə matçın 80-ci dəqiqəsində cəzalandırılmağı diqqəti çəkdi. Bununla da çoxdan sarı vərəqə almayan və böyük hesablı qələbə qazanmayan Mahmud keçmiş komandası ilə görüşdə hər ikisinin şahidi oldu: “Əslində, mən qeyri-idmani hərəkət yox, kobud oynamışdım. Sarı vərəqə almaq istəməzdim. Ancaq həmin epizodda “Kəpəz”in futbolçusuna qarşı kobud oynadığımdan, “sarı” düşürdü. Bu, mənə qarşı kobud oynamış rəqibə cavab yox, adi oyun epizodu idi. Belə olmağını istəməzdim. Sonuncu dəfə nə vaxt sarı vərəqə aldığımı xatırlamıram”.
Qeyd edək ki, Mahmud ən çox Azərbaycan çempionu olan (10 dəfə) futbolçudur.
Mehman SÜLEYMANOV

0
0