Danışılmış oyunlarda şübhəli bilinənlərlə bağlı qərar verildi
12.12.2011 - 19:16
Danışılmış oyunlarda şübhəli bilinənlərlə bağlı qərar verildi
Türkiyədə danışılmış oyunlarla bağlı araşdırmalar davam edir. Apasport.az saytının məlumatına görə, İstanbul məhkəməsi növbəti iclasında həbs olunanlardan 8 nəfərin azadlığa buraxılmasına qərar verib.

Bunlar “Beşiktaş” rəsmisi Serdal Adalı, baş məşqçisi Tayfur Havutçu, “Beşiktaş”ın protokol müdiri Ahmet Ateş, “Diyarbəkirspor” klubunun keçmiş prezidenti Əbdürrəhman Yaqut, futbolçular İbrahim Akın, Ümit Karan, Korcan Çelikay və İskender Alındır. Onlar istintaq bitənədək azadlıqda qalacaqlar. Bundan başqa, bir sıra futbolçu və məşqçilər haqda stadionlara girişin qadağan edilməsi qərarı ləğv olunub.

Gökçek Vedersonun oynamasına qoyulan qadağa da aradan qaldırılıb və o, “Bursaspor”un növbəti matçında forma geyinə bilər.