“Elə kluba getməkdənsə, burda qalmaq yaxşıdı”
13.12.2011 - 18:12
“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- “Qarabağ”ın Premyer Liqanın son 3 turunda keçirdiyi oyununda əsas heyətdə yer almamağınız müəyyən söz-söhbətlərə səbəb olub. Bunun səbəbini izah edə bilərsinizmi?
- Heyəti baş məşqçi qurur. Ciddi problemim yoxdur. Məşqlərdə iştirak edirəm, hazırlaşıram. Əsas heyətdə kimin yer alıb-almayacağına isə baş məşqçi qərar verir.
- Bəlkə yorğunsunuz?
- Yorğunluğa görə, bir oyunda meydana çıxmamaq olar. İndi baş məşqçi hamıya şans verir. Kim şansından maksimum yararlansa, heyətdə də oynayacaq.
- Formada olmamaq variantı ilə razısınız?
- Bu haqda danışmaq fikrim yoxdur. 1-2 oyunda meydana çıxmamaq və ya əsas heyətdə yer almamaq faciə deyil. Hələ marafon uzundur. Şansımı gözləyəcəm.
- Bəxtiyar Soltanovun son 3 matçda 2 qol vurması, seçimin onun xeyrinə dəyişdiyini demək olarmı?
- Futbolçu şansından istifadə edirsə, onun ehtiyata göndərilməsi düzgün deyil. Bəxtiyar 3 oyunda əsas heyətdə yer aldı və 2 qol vurdu. Təbii ki, məşqçi qol vuran futbolçunu ehtiyata göndərməz. Bu, heç düzgün də olmazdı.
- “Neftçi” ilə Quzanlıda keçirilən görüşü türkiyəli menecerlər də izlədilər. Diqqət mərkəzində olduğunuz deyilirdi. Ümumiyyətlə, Türkiyə klublarından təklif almısınız?
- Oyunu kimlərin izlədiyindən xəbərim yoxdur. Bəlkə də olub, amma bizə heç nə deməyiblər.
- Legioner həyatı yaşamaq istəyirsiniz?
- Əlbəttə, xarici klublarda forma geyinmək pis olmazdı. Ən azından özümü sınamış olardım. Ancaq hazırda belə bir variant yoxdur.
- Sizin üçün hansı ölkədə çıxış etmək asan olardı?
- Oyun tərzimə uyğun ölkələrdən birində. Gedəndən sonra geriyə peşman dönmək istəmirəm. Aydın məsələdir ki, dil baxımından Türkiyə variantı daha inandırıcıdır. O da yaxşı komandalardan təklif olsa. Aşağı dəstələrində vəziyyət elə bizdəki kimidir. Ən yaxşı halda, 2-3 komanda Superliqaya yüksəlmək uğrunda mübarizə aparır. Qalanları ortababdır, elə kluba getməkdənsə, burda qalmaq daha yaxşıdı. Ona görə də Superliqa klublarından təklif alsam, dəyərləndirərəm.
- Xarici dil məsələsi bizim futbolçular üçün əməlli-başlı problemə çevrilib. Araz Abdullayev də “Everton”a transfer olduqdan sonra ingilis dili kurslarına yazıldı. Bunu vaxtında etmək olmazmı?
- Həqiqətən də xarici dil öyrənmək istəyirəm. Ancaq oyunlar, məşqlər, toplanışlar vaxtımızı çox alır. Aydın məsələdir ki, xaricdən təklif alsam və gedəsi olsam, mütləq dil öyrənməliyəm.
- XVI tur arxada qalıb və “Qarabağ” beşinci pillədə qərarlaşıb. Bu çıxış sizi qane edirmi?
- Tək məni yox, komandada heç kimi qane etmir. Sabit oynamırıq. Əsas problemimiz də budur. 2 oyun uduruq, sonra uduzuruq, heç-heçə edirik. Məncə, tempi tutsaq, davamı gələcək. Ötən il də belə oldu. Ardıcıl qələbələr qazandıq və turnir cədvəlində irəlilədik.
- Bəs bunun üçün nə etmək lazımdır?
- Futbolda enişli-yoxuşlu anlar olur. Alınmayanda, alınmır. Elə oyun olur ki, 90 dəqiqə rəqibin qapısı qarşısında oturursan, amma qol vura bilmirsən. Onu da deyim ki, bütün oyunlarda şanslarımız olur.
- “Qarabağ” bu il mövsümün sonunda çempion olmaq istəyir. Bu gedişlə məqsədinizə nail ola biləcəksinizmi?
- Düzdür, bu gedişlə çətin olacaq. Amma hər şey yenidən lehimizə dəyişə bilər. Ona görə də sona qədər mübarizə aparmaq lazımdır.

0
0