Serbiyalı futbolçu AZAL-dan ayrıldı
14.12.2011 - 14:51
Serbiyalı futbolçu AZAL-dan ayrıldı
AZAL-ın serbiyalı yarımmüdafiəçisi Mansur Limani klubdan ayrılıb. Apasport.az saytının xəbərinə görə, futbolçu cərrahiyyə əməliyyatı olunmaq üçün Türkiyəyə yollanıb.

“İnter”lə 2 həftə əvvəl keçirilmiş oyunda zədələnən futbolçu artıq cərrah masasına uzanıb. Xaçabənzər əzələdən əməliyyat edilən Limani Bakıya dönməyəcək. Belə ki, onun yaşıl meydanlara dönməsi üçün bir ay vaxt lazımdır.

2 həftədən sonra Premyer Liqada fasilə yaranacağını nəzərə alan klub rəhbərliyi Limaninin müalicə prosesini vətənində keçirməsinə şərait yaradıb. O, ən yaxşı halda, komandasına yanvarın sonlarında qoşulacaq.
0