Berti Foqts: Bu xəbər Aleks Ferqyusson üçün böyük zərbə olacaq
14.12.2011 - 14:56
Berti Foqts: Bu xəbər Aleks Ferqyusson üçün böyük zərbə olacaq
Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsu keçmiş futbolçusu Darren Fletçer haqda aldığı xəbər şoka salıb. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” klubunun 27 yaşlı yarımmüdafiəçisi mədə-bağırsağındakı ağrılar ucbatından karyerasını müvəqqəti də olsa, başa vurub.

Fletçer Şotlandiya yığmasında Foqtsun rəhbərliyi altında oynayıb. İndi futbolçu xroniki xəstəliyə görə çıxışına bir müddət ara verib. Darren yüksək səviyyədə çıxışına son ana kimi ümid etsə də, həkimlər ona fasilə götürməyi məsləhət görüblər.

Yarımmüdafiəçinin qayıdışının müddəti haqda heç nə məlumat verilmir və Foqts keçmiş yetirməsinin yaşıl meydandan kənarda qalacağına inana bilmir: “Bu, ola bilməz! Mən “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyusson zəng edəcəyəm. Bu xəbər Ferqyusson üçün böyük zərbə olacaq. Bu, ümummilli faciədir. Axı Darren əla futbolçu idi. Heç kim belə olacağını düşünə belə bilməzdi”.