Ya Azərbaycan çempionatı, ya da MLS
15.12.2011 - 12:21
“Məni başa düşüb, müqavilənin qarşılıqlı şəkildə pozulmasına razılaşan “Slaviya” rəhbərliyinə təşəkkür edirəm. İndi azad agent statusuna malikəm və istədiyim kluba keçə bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri bolqarıstanlı futbolçu Daniel Peev deyib.
2010-cu ilin yanvarında vətənində “Slaviya” ilə 2,5 illik müqavilə imzalayan yarımmüdafiəçi anlaşmanın sonuna 6 ay qalmış azad agent statusu alıb. Bolqarıstan yığmasının tanınmış oyunçusu, Rusiya “Amkar”ında çıxış edən Georgi Peevin qardaşı olan 27 yaşlı Daniel karyerasını harada davam etdirəcəyi haqda da danışıb: “Hazırda 2 konkret təklifim var. Bunlar Azərbaycan və MLS klublarıdır. Komandaların adlarını açıqlamaq istəmirəm. Çünki məsələyə hələ tam aydınlıq gəlməyib”.
Qeyd edək ki, kiçik Peev “Slaviya”ya qədər “Lokomotiv” (Sofiya), “Levski”, “Rodopa”, “Pirin” klublarının da şərəfini qoruyub.

- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
0
0