Aleksandr Starkov: Heç də pis oynamadıq
15.12.2011 - 18:01
Aleksandr Starkov: Heç də pis oynamadıq
“Maraqlı oyun alındı. Əsasən də ikinci hissədə açıq oyun getdi. Heyətdə ciddi itkilərimiz olsa da, heç də pis oynamadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib.

Latviyalı mütəxəssis Premyer Liqanın XVII turunun “Sumqayıt Şəhər2lə oyunu haqda fikirlərini açıqlayıb: “Kifayət qədər qol imkanları yarada bildik. Futbolçularım “Sumqayıt Şəhər” kimi özündən söz etdirməyi bacaran komandaya qalib gəldilər. Onlar ötən tur “Kəpəz” kimi komandanı məğlub etmişdilər”.

Qeyd edək ki, “Bakı” öz meydanında keçirilən qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.
0