Yığmamız şou göstərdi - YENİLƏNİB
16.12.2011 - 22:33
Yığmamız şou göstərdi - YENİLƏNİB
Bu gün futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçirilən V qrupunun oyunlarında II turun matçları baş tutub. Apasport.az saytının məlumatına görə, dekabrın 18-dək davam edəcək yarışda Azərbaycan milli komandasının növbəti rəqibi Makedoniya olub. İlk turda uduzanların qarşılaşmasında yığmamız Xorvatiyaya məğlubiyyətin acığın Makedoniyadan çıxıb – 7:1.

Günün ilk matçı isə liderlərin iştirakı ilə keçirilib. Ukrayna və Xorvatiyanın duelində qalib gələn birincilər demək olar ki. Pley-offun 1 addımlığındadır. Millimiz isə son turda mütləq lideri məğlub etməlidir. Düzdür, heç-heçə, hətta məğlubiyyət də yığmamıza kifayət edə bilər. Lakin bunun üçün zəif Makedoniya son turda Xorvatiyanı udmalıdır. Taleyimizin başqalarından asılı olmamağı üçün komandamız 2 top fərqinə sevnməyə borcludur.

16 dekabr

Xorvatiya – Ukrayna - 1:4
QOLLAR: Saşa Baliç, 38 - Sergey Çepornyuk, 3, Maksim Pavlenko, 18; Ovsyannikov, 24, 30
Azərbaycan – Makedoniya - 7:1
QOLLAR: Felipe, 10, 16, 16, Dantas, 15, Fərəczadə, 22, Balakişiyev, 32, Hacıyev, 33 - Petroviç, 35

1.Ukrayna22006-26
2.Xorvatiya21014-53
3.Azərbaycan21018-43
4.Makedoniya20022-90