İsrail yığmasını qrupumuzun qalibi sınağa çəkəcək
16.12.2011 - 11:25
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində ilk rəqibi olan İsrail yığması daha 2 yoldaşlıq görüşünə rəqib tapıb. Apasport.az saytının məlumatına görə, gələn ilin sentyabrın 7-də qonağımız olacaq milli Almaniya və Macarıstan yığmaları ilə yoxlama oyunlarını razılaşdırıb.
Avro-2012-də seçmə mərhələsində millimizin yer aldığı qrupun yüz faizli nəticə ilə qalibi olan almanlarla görüş gələn ilin iyunun 1-də keçiriləcək. Bu, Bundestimin Avro-2012-nin final mərhələsinə son hazırlıq matçlarından biri olacaq. Həmin oyunla bağlı razılıq Almaniya Futbol İttifaqı və İsrail Futbol Federasiyasının prezidentləri – Teo Tsvangsigerlə Avi Luzon arasında xüsusi dostluq münasibətləri sayəsində əldə olunub. İsrail yığması millimizlə rəsmi oyun öncəsi son yoldaşlıq görüşünü də səfərdə keçirəcək. Macarlarla oyun avqustun 15-ə razılaşdırılıb.
Qeyd edək ki, israillilər gələn ilə fevralın 29-da Təl-Əvivdə Avro-2012-in təşkilatçı ölkələrdən biri – Ukrayna ilə yoldaşlıq görüşü ilə açacaq.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0