“Bakı”da 30-10-30
16.12.2011 - 13:41
“Bakı”da 30-10-30
Premyer Liqanın XVII turunun “Sumqayıt Şəhər”i 1:0 hesabı ilə məğlub edən “Bakı”nın baş məşqçisi Aleksandr Starkov “het-trik”ə imza atıb. Apasport.az saytının məlumatına görə, latviyalı mütəxəssis Azərbaycan çempionatlarında özünün birdən-birə 3 yubileyini qeyd edib.

Sumqayıtlılarla oyun Starkovun Premyer Liqamızda 30-cu matçı olub. Maris Verpakovskinin vurduğu qol onun rəhbərliyi altında vurulan 30-cu qol kimi tarixə düşdü. Bu qolun gətirdiyi qələbə isə Starkovlu “Bakı”nın çempionatda 10-cu belə uğurudur.