Vilya üçün şad xəbər
16.12.2011 - 15:32
“Barselona” və İspaniya yığmasının futbolçusu David Vilyanın yaşıl meydana qayıdışının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu cari mövsümün sonuna kimi hazır olacaq. “Barsa”nın rəsmi saytı Davidin ayağı sınandan sonra bərpa prosesinin 4-5 ay çəkəcəyi haqda xəbər yayıb.
Yaponiyada klublararası dünya çempionatında dünən Qətərin “Əl-Sədd” klubuna 4:0 hesabı ilə qalib gəldikləri oyunun ilk hissəsinin sonunda yerə uğursuz düşməyi nəticəsində ayağını qıran Vilya əvəzlənərək, dərhal oyunun keçirildiyi Yokohama şəhər xəstəxanasına aparılıb. Orada Barselonaya göndərilən futbolçu əməliyyat olunacaq.
Davidin yaşıl meydana dönüşünün vaxtının açıqlanmağı onu ümidləndirib. Belə ki, hücumçu Çempionlar Liqasının finalına və Avro-2012-nin final mərhələsinə kimi sağalacaq: “Ümid edirəm ki, gələn ilin mayında Çempionlar Liqasının final matçında iştirak edəcəyəm. Bundan əlavə, iyunda Polşa və Ukraynada startı veriləcək Avropa çempionatının final mərhələsində yığmamın heyətində oynayacağıma ümidlər bəsləyirəm”.
Qeyd edək ki, David 2008-ci ildə Avropa, 2 il sonra dünya çempionu olduğu yığmada 82 oyunda vurduğu 51 qolla millisinin tarixində bombardirdir. O, bu qollardan 3-ü 2009-cu ilin iyunun 9-da millimizə Bakıda 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə vurub. Vilya 2010-cu ildən çıxış etdiyi “Barsa” ilə ötən mövsüm ölkə çempionluğu, Çempionlar Liqasını qazanıb.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0