“Xəzər Lənkəran”: II dövrənin ilk qələbəsi və qisas
16.12.2011 - 16:15
“Xəzər Lənkəran” Premyer Liqanın II dövrəsində ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi bunun üçün 7 tur gözləməli oldu.
“Ağ-yaşıllar” bu gün XVII tur çərçivəsində Gəncədə “Kəpəz”ə 4:1 hesabı ilə qalib gəldi. Nəticədə lənkəranlılar ötən mövsüm gəncəlilərdən adlığı böyük hesablı məğlubiyyətin əvəzini eyni hesabla çıxdılar. Yəni “Xəzər Lənkəran” həmin vaxt “Gəncə” adlanan rəqibə 1:4 hesabı ilə uduzmuşdu ki, bu da rumıniyalı sabiq baş məşqçisi Mirça Rednikin ilk məğlubiyyəti kimi tarixə düşmüşdü.
Lənkəran təmsilçisi cari çempionatda sonuncu qələbəsini I dövrənin son turunda qazanmışdı. Maraqlıdır ki, onda da qələbə məhz “Kəpəz” üzərində qeydə alınmışdı: XI turun oktyabrın 28-də keçirilən oyununda – 1:0.
Premyer Liqada növbəti qələbəni 49 gündən sonra qazanan cənublular bu müddətdə 1 dəfə qalib gəlmişdi. Ancaq noyabrın 30-da “Qaradağ Lökbatan” üzərində Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda 3:0 hesablı qələbə Azərbaycan kubokunun 1/8 final matçı idi.
Mehman SÜLEYMANOV

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0