Əfran İsmayılov mövsümün rekordunu təkrarladı
16.12.2011 - 16:51
“Qarabağ”ın futbolçusu Əfran İsmayılov mövsümün rekorduna şərik olub. Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi buna Premyer Liqanın XVII turunda “Rəvan”ın qapısına 2 qol vurmaqla nail olub.
Bu, Əfranın cari çempionatda 2-ci dublu olub. Belə ki, Əfran “Neftçi” ilə I turdan təxirə salınmış matçda da 2 dəfə rəqib qapısına yol tapmışdı. Həmin vaxt olduğu kimi, yenə dublunu 1 hissəyə rəsmiləşdirən İsmayılov bu dəfə fasilədən sonra qollarını vurub. “Neftçi”yə isə hər 2 qol ilk yarıda vurulmuşdu.
Əfran cari mövsüm hamıdan çox – 2 dubla imza atan Bahodir Nasimovun bu rekorduna şərik olub. “Neftçi”nin özbəkistanlı hücumçusu “Sumqayıt Şəhər” və “Xəzər Lənkəran”la oyunlarda buna nail olmuşdu.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0