Rizvan Fərzəliyev: Bizim məşqçinin taktikası elə qəlizdir ki... - MÜSAHİBƏ
16.12.2011 - 17:27
Bakıda futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin V qrupunun oyunlarına start verilib. İlk görüşdə Xorvatiya yığmasına 1:3 hesabı ilə uduzan Azərbaycan millisinin üzvü Rizvan Fərzəliyevin qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Komandamız bu qarşılaşmada üstün tərəf olsa da, sonluğu gətirə bilmirdi. Sizcə, bunun əsl səbəbi nədir?
- Sizlə danışmazdan öncə biz futzalçılar, məşqçilərlə birgə dünənki oyunun videoyazısına baxdıq. İlk yarının sonundan ikinci hissənin 16-cı dəqiqəsinədək üstünlük bizdə idi. Məşqçimiz statistikaya nəzər yetirdi. İlk hissədə 8 yüz faizlik qol epizodumuz var idi. Bunlardan yararlanmadıq. İkinci hissədə qol epizodumuz daha çox idi. Ümumilikdə, 20 cəhdimiz hədəfdən yayındı. Xorvatiya millisi cəmi 5 zərbə endirib ki, bunların da 3 qolla nəticələnib. Əslində, biz vurmalı idik, amma onlar komandamızı əks hücumda yaxaladılar. Adama çox maraqlı gəlir ki, biz niyə bu qədər epizodu dəyərləndirə bilmədik. Rəqibin qapıçısının da əməyini qiymətləndirmək lazımdır. O, çıxarılası mümkün olmayan topları çıxardı. Amma bütün bunlar bəhanə deyil. Fakt odur ki, uduzduq.
- Əgər komanda 20 epizoddan yalnız birini dəyərləndirə bilirsə, deməli, problem kifayət qədər böyükdür...
- Düzdür, “qol vuran ayağımız” tam formada deyildi. Bildiyiniz kimi, milliləşənlərin bir neçəsi ölkə xaricində oynayır. Bəli, biz yarışdan öncə Moskvada təlim-məşq toplanışında olduq. Cəmi 10 gün bir yerdə hazırlaşdıq. Bu müddət belə mötəbər yarışlara hazırlaşmaq üçün azdır. Ən azından 3 ay ərzində yığmanın üzvləri mütəmadi bir yerdə hazırlıq keçməlidirlər. Milliyə başqa çempionatlardan gələnlər fərqli taktikaya üstünlük verirlər. Yığmada isə tamam başqa futzal oynayırıq. Millinin taktikasına uyğunlaşmaq bu futbolçular üçün çətindir. Bizim məşqçinin taktikası elə qəlizdir ki, hansısa futzalçı bunu 1-2 ay ərzində mənimsəyə bilmir. Bunun üçün 6 ay lazımdır.
- Çoxları millimizin bu oyunda qalib gələcəyini düşünürdü. Bəlkə rəqib düzgün qiymətləndirilməyib?
- Yox. Qətiyyətlə deyə bilərəm ki, rəqibi çox yaxşı analiz etmişdik. Qiymətləndirməməkdən söhbət gedə bilməz. Oyunlarının videoyazısını da izləmişdik. Tam hazır idik. Sadəcə, bəxtimiz gətirmədi. Rəqib qarışıqlıqdan maksimum yararlandı, iki qolunu əks hücumdan, digərini penaltidən vurdu. Bizdə qapıçı - oyunçu anlaşmazlığı oldu.
- Qarşılaşmanı Futzal Federasiyasının prezidenti Zaur Axundov texniki zonadan izləyirdi. Maraqlıdır, oyundan sonra sizə nəyi irad tutdu?
- Oyuna rəhbərlik tərəfindən də qiymət verildi. Özləri də gördülər ki, bizdə oyun alınmadı.
- Demək olarmı ki, dünənki məğlubiyyətlə Azərbaycan yığmasının dünya çempionatına yollanmaq şansı yarıbayarı azalıb?
- Şansımız hələ var. Qarşıda daha 2 oyunda qüvvəmizi sınayacağıq. Bu gün Makedoniya ilə görüşəcəyik. Yalnız 1 məqsəd var: Mütləq qalib gəlməliyik. Hələ ki, şanslar qalır. 1 məğlubiyyətə görə əl-qolumuzu sallaya bilmərik. Ən azından qrup ikincisi kimi çıxmaq şansımız var.
- Bir məsələ də nəzərə alınmalıdır ki, Makedoniya millisi də dünən uduzub. Onlar da bizim kimi qələbə barədə düşünürlər...
- Makedoniya elə-belə rəqibə uduzmayıb. Ukrayna millisi həmişə mundialda iştirak edən rəqiblərdən biridir. Onların yaxşı reytinqi var. Ümumiyyətlə, qruplara nəzər salsaq, demək olar biz ən çətin qrupa düşmüşük. 4 komandanın hər biri iddialıdır, zəfər üçün çalışır.
- Milli üzvlərinin oyuna ancaq qələbə əzmi ilə çıxması, müdafiəni bir tərəfə qoyub, hücum barədə düşünməsi bizim işimizə mənfi təsir göstərə bilərmi?
- Belə məqamlar nəzərə alınmalıdır. Dediyiniz hadisə olmayacaq. İnşallah, bu gün həm azarkeşlərimizi sevindirəcək, həm də yaxşı qələbə qazanacağıq. Yaxşı qələbə ilə bütün Azərbaycana yüksək əhval-ruhiyyə bəxş edəcəyik.
- Legionerlərlə bağlı dediniz ki, onlarda uyğunlaşma yüksək səviyyədə deyil. Milli üçün oynayanda, adətən duyğular ön planda olur. Maraqlıdır, legionerlər bu məsuliyyəti nə dərəcədə dərk edirlər?
- Bu məsələ hər kəsi düşündürə bilər. Baxmayaraq ki, onlar Azərbaycanda doğulmayıblar, əcnəbidirlər, amma yığma üçün çox böyük işlər görüblər. Ciddi nailiyyətlərimizi məhz bu heyətlə həyata keçirmişik. Təəssüf ki, yaxşı oyunçularımızdan biri Biro Jade indi bizə kömək edə bilmir. Amma onun ürəyi bizimlədir. Ukraynada Serjio ilə eyni komandada çıxış edirlər. Biro həmyerlisi vasitəsi ilə bizə dəstək olacağını bildirib. Əlbəttə ki, dəstək hər zaman lazımdır. Ona bizim meydançada da çox ciddi ehtiyacımız var idi. Lakin bu gün bədbinliyə qapılmaq lazım deyil. Çünki əvəzolunmaz futbolçu yoxdur.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0