Quzanlıda tərif və misal
16.12.2011 - 17:57
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XVII turunda “Rəvan”a 2:0 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı qələbəyə baxmayaraq, oyunun çətin keçdiyi qənaətindədir: “Rəvan”la ilk oyunumuzda son saniyələrdə qapımızdan qol buraxmışdıq və vacib xallar itirmişdik. Bu oyun çox çətin keçdi. “Rəvan” çox güclü komandadır”.
Qurbanovun sözlərinə görə, rəqibin müdafiə xəttini keçməkdə də çətinlik çəkiblər: “Oyunun sonlarında iki qol vura bildik. “Rəvan”a gələcək oyunlarda uğurlar arzulayıram”.
“Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov isə matçdan sonra mətbuat konfransında qol vurmayana – vurarlar misalını xatırladıb: “Maraqlı oyun keçdi. Hər iki komanda yaxşı mübarizə apardı. Oyun ərzində bir neçə qol imkanlarımız olsa da, yararlana bilmədik. Futbolda qol vurmayana - vurarlar. “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm və gələcək oyunlarda uğurlar arzulayıram”.

- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
0
0