“Yığmamızın legionerləri himn çalınanda, ağızlarını yalandan tərpətmirlər”
17.12.2011 - 00:10
Azərbaycan yığmasının yerli futzalçıları maraqlı kampaniyanın iştirakçısı olublar. Apasport.az saytının məlumatına görə, onlar milliləşdirilmiş legionerlərə ölkənin atributları haqqında yazılı məlumat veriblər.
Yığmamızda bir neçə əcnəbi çıxış edir ki, bunlardan Tyaqo, Serjio, Felipe dos Santos, Biro Jade əsas heyətin daimi üzvü sayılırlar. Sözsüz ki, Azərbaycan millisinin qazandığı qələbələrdə onların da payı var.
Amma Azərbaycanda oynayan digər legionerlər kimi, futzal yığmasının gəlmələri də ölkəmizin himnini, atributlarını bilmədikləri üçün daim tənqid olunublar. Bunu görən millinin yerli üzvləri tənqidlərin qarşısını almaq, eləcə də, onları ölkəmizin dəyərlərindən məlumatlandırmaq üçün örnək bir iş həyata keçiriblər.
Belə ki, dünya çempionatının Bakıda keçirilən əsas qrup mərhələsindən öncə Azərbaycan himni yazı şəkilində legionerlərə paylanıb. Legionerlər himnin mahiyyətini dərk etməsələr də, mətnini əzbərləyiblər.
Faktı apasport.az saytına açıqlamasında millinin üzvü Rizvan Fərzəliyev də təsdiqləyib. O bildirib ki, xüsusən də Serjio seçmə oyunlardan öncə onlarla birgə himni oxuyub: “Onlar Azərbaycan dilində çox az söz bilirlər. Bizimlə rus dilində danışırlar. Amma himnin sözlərini onlara verdik ki, əzbərləsinlər. Legionerlər himn çalınan zaman ağızlarını yalandan tərpətmirlər. Musiqi ilə sözləri uyğunlaşdırmağı bacarırlar”.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0