Əfran İsmayılov: İlk qolum baxımlı alındı
17.12.2011 - 00:17
“Ağdama oyundan 2 gün öncə yollanmışdıq. Bu, stadiona adaptasiya üçün idi. Əlbəttə ki, biz kimə qarşı oynadığımızı dərk edirdik. Çünki “Rəvan” elə bir komandadır ki, liderlərə, iddialılara qarşı yaxşı oynayıb, xallar əldə edir. Amma biz onların qarşısını qələbə ilə aldıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.
Quzanlıda keçirilən “Qarabağ” – “Rəvan” matçında dubl edən İsmayılov daha çox komanda yoldaşlarının əməyini ön plana çəkib: “Quzanlını qələbə ilə tərk etmək xoşdur. Düzdür, bu oyunda mən qol vurdum. Xüsusən, birinci qolum baxımlı alındı. Amma qələbəni tək mənimlə əlaqələndirmək lazım deyil. Əgər komanda yoldaşlarım olmasa, ötürmələr etməsə, mən də dubl edə bilmərəm. Əsas məsələ odur ki, biz bu qələbəni tez unudub, qarşıdan gələn çətin “Qəbələ” oyunu barədə düşünək. Çünki “altılıq” baxımından bu oyunun əhəmiyyəti böyükdür”.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran “Qarabağ” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0