AZAL-ın legioneri üçün mövsüm bitdi
17.12.2011 - 10:53
AZAL-ın legioneri üçün mövsüm bitdi
Dekabrın 4-də keçirilən AZAL – “Bakı” oyununda ciddi zədə alaraq oyunu yarımçıq tərk edən ev sahiblərinin futbolçusu Mənsur Limani əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, 3 gün öncə Türkiyənin Ankara şəhərinin “İbn Sina” klinikasında “ön çarpaz bağların yırtığı”ndan əməliyyat olunan “təyyarəçilər”in yarımmüdafiəçisi artıq xəstaxananı tərk edib. Həkimlər Mənsurun yalnız 3 aydan sonra fərdi çalışmalara başlaya biləcəyini bildiriblər.

Beləliklə, serbiyalı legioner üçün mövsümün bitdiyini söyləyə bilərik. Hazıra Kosovoda olan futbolçunun fevralda AZAL-ın düşərgəsinə gələcəyi gözlənilir.

Qeyd edək ki, Limanini məşhur cərrah Mehmet Binnət əməliyyat edib.