“Barselona” və Messi rekordlardan doymur
19.12.2011 - 10:27
“Barselona” qalibi olduğu klublararası dünya çempionatında bir sıra rekordlar göstərib. Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi bu titulu 2 dəfə qazanan ilk komanda olub. “Barsa” 2009-cu ildə də baş məşqçisi Xosep Qvardiolanın rəhbərliyi altında buna imza atmışdı. Komandanın 2-ci rekordu final oyununda 4 top fərqi ilə qalib gəlməyidir. Məlum olduğu kimi, ispanlar həlledici matçda Barselonanın “Santos” klubunu 4:0 hesabı ilə məğlub edib. Özü də turnirin tarixində yalnız “Barsa” finalda belə böyük hesablı qələbə qazanıb. Üçüncüsü, komanda cari turnirdə 2 oyunda 8 cavabsız qol vurub. Nəhayət, “Barsa”nın hesabında turnirdə artıq 3 böyük qələbə oldu ki, bununla da “İnter”in rekordunu yeniləyərək, vahid lider oldu.
“Barsa”nın lideri Lionel Messi də rekordlardan geri qalmadı. Belə ki, finalda dubl edən argentinalı hücumçu turnirin tarixində bombardir olan braziliyalı Denilson Martinşə çatdı. İndi hər ikisinin hesabında 4 qol var. Bundan əlavə, Messinin hesabında final matçlarında 2 qol var. O, 2 turnirdə ən yaxşı futbolçu olan (əvvəl 2009-cu ildə) ilk oyunçu kimi tarixə düşdü.

0
0