Mənsimovun ziyalılarla növbəti görüşü
20.12.2011 - 09:51
“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovun ziyalı azarkeşlərlə növbəti görüşü olacaq. Apasport.az saytının məlumatına görə, dekabrın 17-də Bakıda bir qrup ziyalı azarkeşin müraciətini qəbul edərək, onları qəbul edən Mənsimovun növbəti belə görüşü bu gün Lənkəranda keçiriləcək. Prezidentin Lənkəranda yaşayan və “Xəzər Lənkəran”ı dəstəkləyən ziyalılarla komandanın fəal azarkeşləri arasında görüşü “ağ-yaşıllar”ın mərkəzi stadionda yerləşdiyi ofisində saat 18:00-da başlayacaq. Görüş barədə məlumat əldə etmək istəyənlər “Xəzər Lənkəran”ın direktoru Höccət Hacıyevlə əlaqə saxlaya bilərlər.
Mənbə: lankaranfc.com
Mənbə: lankaranfc.com
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
0
0