“Xəzər Lənkəran”da həm 72-ci, həm də 27-ci
20.12.2011 - 10:25
“Xəzər Lənkəran”da həm 72-ci, həm də 27-ci
Premyer Liqanın XVII turunun “Kəpəz”lə oyunu “Xəzər Lənkəran”ın gənc futbolçusu Zahid Quliyev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 19 yaşlı müdafiəçi Gəncədəki matçda sonuncu qolu vurmaqla həm komandasının böyük hesablı qələbəsini (4:1) rəsmiləşdirib, həm də onun heyətində qol hesabını açıb.

Bununla da Quliyev Lənkəran klubunun tarixində qol sevinci yaşayan 72-ci futbolçu olub. Bu oyunçulardan 45-in legioner olduğunu nəzərə alsaq, Zahid 27-ci azərbaycanlıdır ki, “Xəzər Lənkəran”ın formasında qol sevinci yaşayır.

Qeyd edək ki, cənub təmsilçisinə 72 futbolçusu ilə yanaşı, daha 5 rəqib oyunçu qol sevinci yaşadıb. Onlar avtoqol müəllifi olublar.

Mənbə: lankaranfc.com