Azərbaycan - Ukrayna matçının nəticəsi şübhə altına salındı
20.12.2011 - 12:22
“Milli komandamız ədalətsizliyin qurbanı oldu. Dünya çempionatının seçmə mərhələsində “Fair Play” qaydalarına uyğun mübarizə getmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Xorvatiya yığmasının baş məşqçisi Mato Stankoviç deyib.
DÇ-2012-nin seçmə mərhələsinin Bakıda keçirilən V qrupunun oyunlarını dəyərləndirən mütəxəssis son turun Azərbaycan – Ukrayna qarşılaşmasının nəticəsindən şübhələnir. Stankoviç millimizin 2 top fərqi ilə qalib gəlib, Ukrayna ilə birlikdə növbəti mərhələyə çıxmasını Xorvatiyaya qarşı sövdələşmə sayır: “Azərbaycan və Ukrayna hər ikisinə sərf edən nəticəyə oynadılar. Xorvatiya Futbol İttifaqı baş verənlərdən şikayət edəcək. Oyunun videoyazısı tərəflərin bu nəticəyə oynadığını açıq-aşkar göstərir. Biz onların razılığa gəldiyindən qorxurduq, bunu matçdan əvvəl də açıqlamışdım. Bu, rüsvayçılıqdır. Ukraynalılar topdan gizlənirdilər. Elə gülünc oyun idi ki, ikinci hissəni izləmədən zalı tərk etdik”.
Qeyd edək ki, yığmamız son turda Ukraynanı 4:2 hesabı ilə məğlub edərək, qrupda 2-ci yeri tutub.

0
0